Menyu
article thumbnail

Marketinqlə Kod arasındaki naməlum əlaqə

 Müasir zamanda Rəqəmsal Marketinq şirkət və brendin tanınmasında mühüm rol oynayır. Əminliklə söyləmək olar ki, son beş il ərzində dünyanın əksər şirkətləri marketinqi özlərinin birinci dərəcəli strategiyasına çevirib. Əlbəttə ki, sosial medianın geniş imkanları sayəsində.

 Hər gün marketinq üzrə mütəxəssislər, və ya marketerlər, dizaynerlərlə birgə, müştərilərin marağını oyada biləcək kreativ kontentin hazırlanması üzərində çalışır. Lakin bu rəqəmsal marketinq kampaniyalarının və kreativ ideyaların əsasını nəyin təşkil etdiyini anlayırıqmı?  Bunların əsasını təşkil edən koddur. Müştərilərimizə rahatlıq, xoş təəssürat bəxş edən veb-saytlar, proqram təminatı və s. “ağıllı” kodlar üzərində qurulub və onların sayəsində işləyir.

 Beləliklə, kod rəqəmsal marketinqin bünövrəsidir. Lakin bu o deməkdirmi ki, marketerlər kodlaşdırmağı öyrənməlidir?

 İlk növbədə onu qeyd etmək lazımdır ki, kodlaşdırma və veb-saytlarınızın, proqram vasitələrinizin strukturu haqda təsəvvürünüzün olması sizə ümumiyyətlə nələrin mümkün olduğunu anladacaq. Müştərilərinizi heyrətə gətirəcək yeni və innovativ alətlər üçün kod yazmaq bacarığına malik olmaq... məgər bu həvəsləndirici deyilmi? Həm də ki, bununla siz vaxt və pulunuza qənaət etmiş olacaqsınız.

 Misal üçün, kodlaşdırma haqda təsəvvürünüz varsa, proqramçı və ya veb-dizaynerlə müzakirə apararkən layihənizin zaman çərçivələrini və büdcəsini dəqiq və asanca müəyyən edəcəksiniz. Həmçinin, anlaya biləcəksiniz ki, onların söylədikləri “yox” cavabı sadəcə taktiki bir fənddir, yoxsa məsələnin qeyri-mümkünlüyünü bildirən doğru məlumatdır.

 Ya da ki, yeni məqaləni veb-saytınıza dərc etməyi, və ya hansısa şəklin ölçüsünü dəyişməyi çalışdığınız zaman çətinliklə üzləşərkən, ciddi tapşırıqlarla yüklənilmiş veb-proqramçını bu çür xırda problemlərlə narahat etməyəcəksiniz, onların öhdəsindən özünüz gələcəksiniz. Sağ olsun Google! Yox, problem sizin üçün həddindən artıq çətin olarsa, təlaşa düşməkdənsə, proqramçınızdan xahiş edə biləcəksiniz ki, bu cür problemləri mənbə kodlarında (CMS vasitəsilə) necə həll etməyi sizə izah etsin – bunun sayəsində gələcəkdə bir çox vaxtınıza qənaət etmiş olacaqsınız.

 Beləliklə, kod öyrənməməyiniz üçün heç bir səbəb yoxdur, xüsusilə əgər siz məhz rəqəmsal marketinq sahəsində çalışırsınız. Mən onu israr etmirəm ki, hər bir marketer kodlaşdırma sahəsində peşəkara çevrilməlidir. Əsla yox. Siz sadəcə lazımi balansa nail olmalısınız, ciddi məsələləri isə onları lazımınca həll etməyi bacaran şəxslərin öhdəsinə buraxmalısınız.  

 Marketerlərlə veb-proqramçılar tamamilə müxtəlif bacarıqlara malikdir. Biz marketerlər strateji istiqamətdə çalışırıq, diqqətimizi marketinq kampaniyaları üzərində cəmləşdiririk. Müştərilərimizin həyatını asanlaşdırmalı həllərin dizayn və istifadə rahatlığını da nəzərdən qaçırmasaq da, bunların məhz peşəkar proqramçıların bacarıq sahəsinə aid olduğunu gözəl anlayırıq. Bir marketer olaraq, bizim bu sahədəki rolumuz müasir trendləri izləyib, onların müştərilərə çatdırılmasını təmin etməkdən ibarətdir. Lakin qoy bu anlam bizi kodun necə işlədiyini öyrənmək fikrindən döndərməsin.

 Və sonda, kodlaşdırmanın əsaslarının öyrənilməsinə dair bir neçə məsləhətimiz. HTML-kodun ayrı-ayrı parçalarını google-da axtarıb, onların nə funksiya daşıdığını öyrənin. Veb-səhifələrin kodunu diqqətlə nəzərdən keçirməyi adətinizə çevirin – bunun sayəsində siz həm kodun strukturunu, həm onu əmələ gətirən komponentləri anlamağa başlayacaqsınız. Daha dərinə getmək istəyirsinizsə, skillbox.ru, iframely.comembed.ly kimi onlayn-kurslara, və ya proqramlaşdırma məktəbinə yazılın.

 Bu günə, kod Marketinq DNT-sinin tərkib hissəsidir, və bu səbəbdən, biz marketerlər bəzi müasir marketinq mütəxəssisləri kimi sıfırdan veb-sayt yarada bilməsək də, ən azı onun necə işlədiyini aydın başa düşməliyik! Əlavə bilik və bacarıqlar hələ heç kəsə ziyan gətirməyib wink