Menu

Öz veb saytınızı özünüz necə yarada bilərsiniz?

Tilda Publishing-də öz əllərinizlə sayt yaratmağınız üçün 8 mərhələ 

Ətrafdakı hər kəsin onlayn olduğu hazırki texnologiyalar dövründə saytın olmaması (siz və xidmətləriniz barədə minimum məlumatla) şübhəli olmasa da, qəribə görünür. Ciddi xidmətlər göstərən ciddi insanların diqqətini cəlb etmək istəyirsinizsə, ən azı sayt-vizit kartı və ya lendinqin olması arzuolunandır.  


Nə vizit kartında, nə də ki lendinqdə çox məlumat olmur. Hər iki sayt növü qısa müddət ərzində məhsula diqqəti cəlb etmək üçün nəzərdə tutulur. Sayt-vizit kartında və lendiqdəki bütün məlumatı öyrənmək üçün adətən 10-15 dəqiqə vaxt kifayətdir. Onlar arasındakı fərq odur ki, vizit kartı ziyarətçiyə siz, layihəniz və məhsul, sizinlə necə əlaqə saxlamaq barədə məlumat təqdim edir, lendinq isə müəyyən hərəkətə çağırır (bilet almaq, proqramı yükləmək, keçiddə qeydiyyatdan keçmək). 


Nə yaxşı ki, bu cür sayt qurmaq üçün dizaynerlər, proqramçılar, texniki işçilər (az da olsa texniki biliklərinizin olması sizə mane olmaz) tutmaq vacib deyil. İnternetdə bir neçə saata lendinq və ya vizit kartı yığmağa kömək edən çoxlu sayda xidmətlər təqdim olunur.    


Onlardan bəziləri: 
 

services-tilda-publishing
 

Müqayisə saytları göstərir ki, bütün bu konstruktorlar oxşar funksional təklif edir. Tilda Publishing ilə sizə danışmaq istədiyim kiçik iş təcrübəm olub, ümid edirəm bu, gələcəkdə əlavə xərclər olmadan öz lendinqinizi yaratmaqda sizə köməklik edəcək. 


iOS və Android üçün mobil oyun hazırlayırdıq, bunun üçün lazımi məlumatların və müvafiq marketlərə keçidlərin olduğu kiçik sayt yaratmaq zərurəti yarandı. Həmin vaxt bütün resurslar oyunun hazırlanması ilə məşğul olduğu üçün bu işi öz əlimə almağa qərar verdim. Rebusta (www.rebusta.az) oyununun lendinqi belə yarandı. İrəlidə etdiklərimin mərhələli təsvirini verirəm.   

Hazırlıq mərhələsi

Mərhələ 1: 


www.tilda.cc saytında qeydiyyatdan keçmək – edilə biləcək ən sadə işdir. Qeydiyyatdan keçmək ödənişsizdir. Funksiyalar və şablonların çoxu elə ödənişsiz versiyadadır. 

Mərhələ 2: 

Saytın nümunə strukturunu yığmaq. İnsanlara nə göstərmək istəyirsiniz? Onlara nədən danışmaq istəyirsiniz? Nə etməklərini istəyəcəksiniz (almaq, satmaq, abunə olmaq və s.) 
Bizim halda struktur təxminən aşağıdakı kimi idi:  
 - Loqotipin və oyunun atributları olan başlıq
 - Skrinşotlar və cəlbedici mətn
 - Rebus nədir? - sualına cavab 
 - Rebusları necə həll etmək lazımdır və nəyə diqqət yetirmək lazımdır
 - Əlavə faydalı funksional oyunlar
 - Prosesdə nə köməkçi ola bilər (ipucular tapa biləcəyiniz yaxşı lüğətimiz var www.bildilchin.az)
 - Oyunu marketlərdən yükləmək hərəkətinə çağırış (call to action) 
 - Şirkətin sosial şəbəkələrinə keçidlərin olduğu podval (altlıq)
Yaradılma vaxtı nə isə əlavə olundu, nə isə silindi.  


Mərhələ 3: 

Diqqəti daha çox cəlb etməyə kömək edəcək, tam məlumat alana kimi istifadəçini sizin lendinqdə qalmağa məcbur edəcək saytı dolduran mətnləri, şüarları, hərəkətə çağırışları, foto və video materialları toplamaq

Bizim üçün bunlar mətnlər, şüarlar, skrinşotlar və əsas qəhrəmanların olduğu oyun elementləri idi. 

Doldurma mərhələsi

Əla. Materialı hazırladıq, indi isə onu planlı strukturda yığmağa hazırıq. 

Tilda-ya qayıdırıq

 

Mərhələ 4: 

Şəxsi kabinetə daxil olmaqla, sizdə “Saytlarım” boş səhifəsi açılacaq, çünki əvvəllər heç nə yaratmamışıq. Ona görə də qorxmayın. 
 

"Yeni sayt yarat" üzərinə sıxırıq 

create-new-tilda-publishing

 

Layihəmiz üçün sizin və bu layihəyə keçidi olan istənilən adminin gördüyü ad fikirləşməliyik. 

Mərhələ 5:


Layihə yaradıldı. İndi birinci səhifəni yaratmalıyıq.  "+ Yeni səhifə yarat" üzərinə sıxırıq. 

Sizə hazır şablon və ya özünüzün doldurmalı olduğunuz boş səhifə əsasında səhifə yaratmaq təklif olunacaq. 
Tilda Publishing-in komandası diqqətlə və səliqə ilə şablonları kateqoriyalara ayırmışdır: 
 

categories-tilda-publishing

 

Bizə lazım olan kateqoriyanı seçirik və ya açar sözlərlə axtarış edirik. Hər bir şablonun təsviri və "Seçmək" "Baxmaq" düymələri var. Hər bir şablonun dizaynını yoxlaya və yaxud da dost-tanışların tövsiyələrinə əsaslanaraq seçə bilərsiniz. 

Məsələn: şirkətin səhifəsi  

Proqramçıların tövsiyəsi – “Şablon seçimi yaradıcılığınızı məhdudlaşdırmır. Toplumuzdakı bloklardan istifadə etməklə onu tanınmayacaq şəkildə dəyişə bilərsiniz.”

Mərhələ 6:

Təbrik edirəm, ilk səhifənizi yaratdınız. Qorxmayın, şablonlar elə qurulub ki, hər bir blok, düymə, mətnin öz təsviri var. Sizə yalnız öz göstəricilərinizi qoymaq qalır. 
Siçanı blokun üzərinə qoyduqda səhifə bloku idarəetmə menyusunu göstərir. Bu da sizə blokların ölçülərini silməyə, əlavə etməyə, əvəz etməyə, kopyalamağa, yerini dəyişməyə və dəyişməyə, blokdakı mətni və fondakı şəkli dəyişməyə imkan verir. 
Blokları zəruri məlumatlara doldururuq, dəyişiklikləri periodik olaraq yaddaşda saxlamağı yaddan çıxarmayın. 
Müxtəlif parametrlərlə, rənglərlə, şriftlərlə, fon şəkilləri ilə oynamaqdan qorxmayın.   

Yayımlama mərhələsi

Bütün zəruri məlumatlar doldurulduqdan və öz yaratdığınızdan məmnun qaldıqdan sonra son mərhələyə  -  Yayımlama mərhələsinə keçmək olar. 

Mərhələ 7: 


İlk yayımlamadan əvvəl bir neçə parametri qurmaq lazımdır. Bunun üçün yaradılmış layihədə “Saytın parametrləri”nə keçirik. 
 

Settings2-tilda-publishing
 

Burada saytın təsvirini və Tilda-dakı Subdomeni əlavə edirik. Sonuncu sizin ünvanınız olacaq. 


Təəssüf ki, ödənişsiz versiyada ünvanınızın adında .tilda.ws əlavəsindən canınızı qurtara bilməyəcəksiniz. Həmçinin analitika və SEO üçün genişləndirilmiş funksiyalara da keçə bilməyəcəksiniz. Amma başlanğıc üçün bu kifayət olacaq.  

Mərhələ 8: 

Yaratdığınızı ümumdünya şəbəkəsinə buraxmağa bir addım qalır. 

Saytınıza ad fikirləşdikdən, bütün məlumatları və planlaşdırdığınız (yaradan zaman improvizə etdiyiniz) strukturu topladıqdan sonra “Yayımlamaq” düyməsini basmaq qalır və budur, birinci lendinqiniz qonaqlarını qəbul etməyə hazırdır.  


Keçidi dostlarınızla paylaşın. Onların fikirlərini öyrənin, bəlkə harada isə səhvlər buraxılıb. Bəlkə harada isə vacib bir detal buraxılıb. 
Yaxınların yoxlamaları əsasında hər şey düzəldikdən sonra keçidi sosial şəbəkələrdə paylaşmaq olar.  
Və bitdi. Ola bilər ki, indi anlamağınız çətindir. Əsas müxtəlif variantları təcrübə etməkdən və sınaqdan keçirməkdən qorxmamaqdır. Blokları əlavə edin, onların yerini dəyişdirin, onları vacib məlumatlarla doldurun və hansı variantın daha uyğun olduğuna baxın. https://tilda.cc/ru/inspire/  keçidi ilə və ya Google-da #madeontilda axtarışı edərək Tilda-nın saytında yaradılmış saytların nümunələrinə baxaraq ideyalardan ilham ala bilərsiniz. 
Səhifəni necə yaratmaq, saytı necə düzgün qurmaq və http://help-ru.tilda.ws/getstarted səhifəsində servislə əlaqə saxlamağınıza kömək edəcək hər şey barədə istinad materiallara baxmağı unutmayın. 

Eləcə də YouTube kanalı Tilda Publishing Russia-da işin mütəxəssisləri tərəfindən keçirilən müxtəlif videodərslər və vebinarlar var. 


Ümid edirəm bu məqalə sizə maraqlı oldu və lendinqlərin yaradılması üçün ilk addımlarınızı atmaqda sizə kömək edəcək.


Uğurlar!