KİBRİT.TECH şirkəti öz peşəkar komandasına yeni Məzmun redaktoru axtarır!

 

Əsas iş öhdəlikləri:

  • Yeni və mövcud məhsul/xidmətin keyfiyyətli məzmunla təmin etmək: yeni kontent yaratmaq, lazımi kontenti əldə etmək, mətnləri tərcümə etmək, redaktə etmək, mövcud kontent bazasını vaxtında yeniləmək;

  • Müştəri istəkləri və bazar tələbatına uyğun xidmət və kontenti düşünmək, təkliflər irəli sürmək, hazırlamaq;

  • Müəllif hüquqlarının qorunmasına nəzarət etmək;

  • PR, reklam və s. satış aksiyaları üçün müvafiq mətnləri hazırlamaq, şirkətin sosial şəbəkələrində yerləşdirilən mətnləri yazmaq;

  • Analoji məhsul/xidmətlərə olan tələbatı araşdırmaq, müştəri istəklərini monitorinq etmək və birbaşa rəhbərə hesabat vermək.

 

Tələb olunan bilik, bacarıq, təcrübə:

  • Ali təhsil (jurnalistika və filologiya təhsili olanlara üstünlük verilir);

  • Təcrübə: Jurnalistika sahəsində iş təcrübəsinin olması vacibdir;

  • Dil bilgisi: Azərbaycan (yazılı - mükəmməl: Azərbaycan dilinin qrammatik normaları və orfoqrafiya qaydalarını yaxşı bilməli), Türk və Rus dilləri (bu dillərdən sərbəst tərcümə edəcək dərəcədə);

  • MS Office tədbiqlərindən (xüsusilə Word və Excel) sərbəst istifadə bacarığı

 

Kibrit-də sizin gələcəyiniz:

  • Azərbaycanın hər 3 mobil operatorla sıx əməkdaşlıq münasibətlərində aktiv rol oynayacaqsınız.

  • Mobil operatorlarının millionlarca abonentləri üçün hazırlanan xidmətlərlə işləyəcəksiniz.

  • Telekommunikasiya sahəsində 20 ildən artıq təcrübəsi olan komandada işləyib, çox şey öyrənəcəksiniz.

 

Şərtlər:

  • Əmək haqqı: 800 manat (net);

  • İş rejimi: bazar ertəsi – cümə 09:30-18:30 (1 saat nahar fasiləsi)

  • Azərbaycanın ən yaxşı sığorta şirkətlərindən birindən (“A-Qrup Sığorta”) Tibbi sığorta

 

Vakansiyaya uyğun olan və namizədliyini vermək istəyənlər CV-lərini 09.09.2024 tarixinə qədər "Content editor-2024" başlığı (subject) ilə hr@kibrit.tech  e-mail ünvanına göndərə bilər.