Bu, əsas prinsipi yumşaq, elastik hərəkət texnikası olan Şərq əlbəyaxa döyüş sənətidir. Silahla və silahsız işləmək üsullarını özündə birləşdirən Yapon döyüş sənətinin ümumi adıdır.

Ciu-citsu öz mənşəyini Yaponiya tarixinin Senqoku dövründən (15-17-ci əsrlər) götürür. 1532-ci ildə hərbi taktiki və Mimasaka əyalətinin hökmdarı Hisamori Takenouchi, silahların təsirsiz olduğu situasiyalarda yaxın döyüşlərdə istifadə edilən müxtəlif döyüş sənətlərini birləşdirdi.

Döyüş sənətləri zərbə texnikasına əsaslanan qonşu Çin və Koreyadan fərqli olaraq, Yapon əlbəyaxa döyüş texnikaları zirehlərə qarşı zərbə üsulları təsirsiz olduğundan, atma, hərəkətsizləşdirmə, maneə törətmə və boğmağa yönəlmişdir.

Ciu-citsu yapon güləşinin ən qədim növlərindən biridir. Ciu-citsunun əsas prinsipi "qazanmaq üçün birbaşa qarşıdurmaya getməmək", müqavimət göstərməmək, əksinə, düşmən tələyə düşənə qədər, onun hücumuna tabe olmaq, hərəkətlərini və gücünü yalnız düzgün istiqamətə yönəltmək və sonda özünə qarşı istifadə etməkdir.

Bu prinsip, bir dəfə fırtınada böyük ağacların budaqlarının qırıldığını və söyüd budaqlarının gücə tab gətirdiyini, sonra qalxdığını fərq edən həkim Şirobei Akayama haqqında əfsanə ilə bağlıdır. Bu müşahidədən ilhamlanan həkim daha sonra ciu-citsu üzrə ilk məktəbin əsasını qoyub və ona Yoshin-ryu (söyüd məktəbi) adını verib.

İnsan həyatı boyu “qalasının” 4 əsas divarını tikib möhkəmləndirir, bunlar:

  • sağlamlıq;

  • sosial aspekt (başqaları ilə ünsiyyət);

  • bilik və iş;

  • mənəviyyat.

Belə başa düşülür ki, divarlardan birinin uçması vəziyyətində insanın həyatı kart evi kimi çökə bilər. Ju-cutsu güclü, cəsarətli bir xarakter formalaşdırmaq, ən yaxşı insan keyfiyyətlərini inkişaf etdirmək üçün nəzərdə tutulmuşdur.

Beləliklə, ciu-citsu fəlsəfəsi bu gün yaşdan, peşədən, cinsdən və milliyətdən asılı olmayaraq hər kəs üçün aktualdır. Bu, Sizə özünü idarə etmək, nizam-intizam, özünü inkişaf etdirmək, tez qərarlar qəbul etmək kimi vacib aspektləri təkmilləşdirməyə kömək edir, həmçinin hadisələrin (həmişə yaxşı olmayan) çoxluğuna tez uyğunlaşmağa kömək edir ki, "düşmən" sonunda özünü, əvvəldən istədiyiniz tələdə əşkar edib sizə məğlub olsun.