KİBRİT.TECH şirkəti ACS departamentinin peşəkar komandasına Tədarük üzrə menecer (Procurement Manager) axtarır.
Əsas iş öhdəlikləri:
· Departamentin layihələri üzrə avadanlığın, xammalın və məhsulların satınalma proseslərini idarə etmək, tələblərini müəyyən etmək, sifarişləri hazırlamaq və təhvil verilməsini təşkil etmək;
· Satın almaq üçün məhsulların və xidmətlərin təyin edilməsi, xarici və yerli tədarükçülərin qiymətləndirilməsi, qiymət müzakirələrinin aparılması və ən yaxşı müqavilələrin bağlanmasını təmin etmək;
· Sifarişləri izləmək, tədarükçülərin performansını izləmək və hər hansı bir problem halında həll yolu təklif etmək;
· Xaricdən gələn avadanlığın, xammalın və ya məhsulların gömrük rəsmiləşdirməsini idarə etmək;
· Sifarişlər zamanı ən yaxşı qiymət təklifləri üçün bazar arşdırması etmək, ehtiyac olduqda yeni tədarükçüləri satınalma prosesinə cəlb etmək;
· Satınalmaların monitorinqi, statistikalarının toplanması və hesabatların hazırlanması və ümumi satınalma proseslərinin effektivliyinin artırılması üçün tədbirlər görmək.
· Tenderlerdə təchizatçı qismində çıxış etmək üçün lazımi sənədləri toplamaq, tenderdə iştirakı idarə etmək (tender.gov.az portalından istifadə);
· Bütün layihələr üzrə qiymət təkliflərini formalaşdırmaq və hazırlamaq;
· Departamentinin bütün cari müqavilələrin monitorinqini aparmaq və şərtlərin yerinə yetirilməsinə nəzarət etmək (müddətin bitməsi/uzadılması, ödəmələrin vaxtında yerinə yetirilməsi, müvafiq sənədləşdirmələr - servis xidmətləri üçün aktların hazırlanmasıvə s.)
· Departamentinin layihələri üzrə aylıq servis ödənişlərinin vaxtında yerinə yetirilməsi üçün müştərilərlə daim telefon və e-mail vasitəsi ilə ünsiyyətdə olmaq.
Tələb olunan bilik, bacarıq, təcrübə:
· Dil bilikləri: Azərbaycan, İngilis - yüksək səviyyədə (xüsusilə yazılı), Rus dili – yaxşı səviyyədə (arzuolunandır)
· Sənəd dövriyyəsi ilə bağlı qanunvericiliyin əsas tələbləri barədə ümumi anlayış
· Sənəd dövriyyəsi, hesabatların hazırlanması, işgüzar yazışmaların aparılması, müqavilələrin tərtib edilməsi ilə bağlı iş təcrübəsi
· MS Office tadbiqlərinin (Excel, Word, PowerPoint) sərbəst və geniş istifadə bacarığı
Seçim zamanı əlavə hal gətirəcək bilik, bacarıq, təcrübə:
· Satın-alma üzrə iş təcrübəsi
· Müştərilərlə iş təcrübəsi (B2B)
· HSE və ya OSH üzrə biliklər
· Malların gömrükdən keçirilməsi prosedurası barədə biliklər və ya təcrübə
· Texniki təhsil: riyaziyyat, mühəndislik, mexanika, elektronika və s.
Kibrit-də sizin gələcəyiniz:
· Azərbaycanda yeni inkişaf etməyə başlayan və artan tələbatı olan Avtomatlaşdırılmış Sistemləri (Automated Control Systems) quran və bu sistemlər üzrə xidmət göstərən ölkənin nadir mütəxəssis komandalarından birində işləyəcəksiniz
· Bir çox insanın həyatına təsir edəcək maraqlı və ciddi layihələrdə iştirak edəcəksiniz
· Dinamik, daim inkişaf edən və etdirən, təşəbbüskarlığa təşviq edən, öz fikirlərinizi və sözünüzü hər zaman deyə biləcəyiniz sərbəst və rahat iş mühitində işləyəcəksiniz.
· İdarəedici heyətini öz işçilərindən yetişdirən şirkətdə karyera qurmaq imkanınız olacaq.
Şərtlət, əlavə imtiyazlar (Benefits):
· Rəqabətli əmək haqqı
· İş rejimi: həftədə 5 gün 8 saat
· Azərbaycanın ən yaxşı sığorta şirkətlərindən birindən (“A-Qrup Sığorta”) Tibbi sığorta
Vakansiyaya uyğun namizədlər 28.05.2024 tarixinə qədər CV-lərini "ACS - Procurement Manager" başlığı (subject) ilə hr@kibrit.tech e-mail ünvanına göndərə bilər.