Kitab tükənməz bilik mənbəyidir. Kitabların həyatımızda rolunu qiymətləndirmək çox çətindir. Kitablar daxili dünyamızı zənginləşdirir, müxtəlif dövrlərə qərq olmağa imkan yaradır, kitablardan müxtəlif insanların taleyini, onların təcrübəsini və bəzən yeni nailiyyətlər üçün ilham alırıq. Dövrümüzdə - yüksək texnologiyalar dövründə internetdən istifadə edərək bizi maraqlandıran istənilən məlumatı heç bir səy göstərmədən dərhal əldə edə bilsək də, kitab hələ də ən yaxşı bilik mənbəyi olaraq qalır. Elektron kitabların rahatlığından nə qədər danışsalar da, “canlı” kağız kitabı və onun səhifələrinin xışıltısını heç nə əvəz edə bilməz və ənənəvi kitabın tərəfdarları həmişə çox olaraq qalacaqdır. Çünki insanlar əllərində kitab tutaraq canlı insanla ünsiyyətdə olduqları kimi xüsusi hisslər keçirirlər.

Kitab bizim uşaqlıqdan dostumuz olur və həyatımız boyu bizi müşayiət edir. İstər uşaqlıqda bizə oxunan nağıllar olsun, istər bədii ədəbiyyat, istərsə də tədris ədəbiyyatı, bu və ya digər şəkildə kitablar bizə ətraf aləmi, insan mahiyyətini öyrənməyə kömək edir.

Maksim Qorki demişdir: “Mən hər şeyi kitaba borcluyam”. Böyük yazıçının bu sitatı bizə kitabın insanı dəyişdirdiyini, onu daha da xəyalpərvər etdiyini bildirir. Bir vaxtlar antik dövrdə icad edilən kitablar bəşəriyyətə hədiyyə olub, onlarsız dünyamızı təsəvvür etmək mümkün deyil, onlarsız biz tamamilə fərqli olardıq. Kitablar bizim sadiq dostlarımız və köməkçilərimizdir, çətin anlarda nəsihət verə bilir, başqalarının qəhrəmanlarının həyatını sınamağa kömək edir, bizə fərqli düşünməyi öyrədir, hətta bizi keçmişə və ya gələcəyə aparır.

Unutmayaq ki, hər kitabın müəyyən bir missiyası var.

Aşağıda sizə müəllifin fikrinə görə hamının oxumalı olduğu 10 kitabı təqdim edirik:

  1. “Dahi”, Teodor Drayzer

  2. “Aşk”, Elif Şafak

  3. “Qoca və dəniz”, Ernest Hemenquey

  4. “Anna Karenina”, Lev Tolstoy

  5. “Səfillər”, Viktor Hüqo

  6. “İdiot”, F.M. Dostoyevski

  7. “Çərpələng uçuran”, Xalid Hüseyni

  8. “Cinayət və cəza”, F.M. Dostoyevski

  9. “Məhəbbət üç il yaşayır”, F.Beqbeder

  10. “Ovod”, Etel Lilian Voyniç